Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA

Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
SOSİAL
14:50 16.10.2026
107
Son dövrlərdə sosial-iqtisadi çətinliklər, artan gündəlik qayğılar və iş həyatının gərginliyi ailədaxili münasibətlərə də təsirsiz ötüşmür. Maddi problemlər, uzun iş saatları və vaxt çatışmazlığı səbəbindən ailə üzvlərinin bir-birinə ayırdığı zaman azalır, bu isə bəzi hallarda ünsiyyətin zəifləməsinə və emosional bağlılığın azalmasına gətirib çıxarır. Mütəxəssislər isə hesab edirlər ki, sağlam ailə münasibətlərinin qorunmasında birlikdə keçirilən vaxtın miqdarından çox, onun keyfiyyəti mühüm rol oynayır.

Bəs sosial və iqtisadi problemlər ailədaxili münasibətlərə nə dərəcədə təsir göstərir? Gündəlik həyatın qayğıları fonunda ailə üzvləri arasında ünsiyyəti və bağlılığı necə gücləndirmək olar? Müəyyən aralıqlarla "Ailə günü” təşkil etmək və birlikdə keyfiyyətli vaxt keçirmək münasibətlərin möhkəmlənməsində nə qədər effektivdir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov AZXEBER.COM-a açıqlamasında deyib ki, sosial və iqtisadi problemlər ailədaxili münasibətlərə təsir edən tətikləyici faktorlardır:

"Sosial və iqtisadi problemlər ailədaxili münasibətlərə təsir edən tətikləyici faktorlardır. Maddi çətinliklər, iş yükü və gündəlik qayğılar ailə üzvlərində gərginlik yaradır, ünsiyyəti zəiflədir və birlikdə keçirilən vaxtı azaldır. Lakin problemin təsiri təkcə xarici şərtlərdən asılı deyil. Cütlük arasında psixoloji uyğunluq, qarşılıqlı hörmət və məsuliyyət anlayışı sağlam deyilsə, iqtisadi imkanlar ailədə sağlam münasibətlərin mövcudluğuna zəmanət vermir. Ailənin davamlılığını yalnız maddi təminat deyil, tərəflərin münasibət qurmaq bacarığı da müəyyən edir”.

O qeyd edib ki, ailədə sağlam münasibətlərin təməlində dialoq, məsuliyyət və birlikdə keçirilən keyfiyyətli vaxt dayanır:

"Ailədə sağlam münasibətlərin təməlində dialoq, məsuliyyət və birlikdə keçirilən keyfiyyətli vaxt dayanır. İnsanlar münasibətə başlayarkən qarşılarında gördükləri insanı sonradan öz istəklərinə uyğun dəyişdirməyə çalışmamalıdırlar. Münasibət dəyişiklik tələb edir, amma bu dəyişiklik qarşılıqlı anlaşma ilə baş verməlidir. Ailə üzvləri mütəmadi olaraq birlikdə vaxt keçirməli, problemləri ört-basdır etmək əvəzinə açıq müzakirə etməli və bir-birinin ehtiyaclarına diqqət yetirməlidirlər. Ailədə rol bölgüsü də sağlam prinsiplər üzərində qurulmalıdır. Maddi təminat yalnız kişinin, ailənin mənəvi yükü isə yalnız qadının üzərinə qoyulmamalıdır. Hər iki tərəf həm maddi, həm də emosional məsuliyyəti bölüşməlidir. Çünki ailə bir nəfərin yük daşıdığı, digərinin isə həmin yükdən kənarda qaldığı sistem deyil. Ailə üzvləri çətinlikləri birlikdə qarşılamağı bacarmalıdırlar”.

"Məncə, ailə günü yalnız təqvimdə müəyyən edilmiş bir günlə məhdudlaşmamalıdır. Ailə üçün hər gün birlikdə olmaq, ünsiyyət qurmaq və bir-birinə vaxt ayırmaq imkanıdır. Bununla yanaşı, fərqli məkanlarda və müxtəlif fəaliyyətlərdə birlikdə iştirak etmək münasibətlərə müsbət təsir göstərir. Gəzintiyə çıxmaq, idmanla məşğul olmaq, teatra getmək, yeni yerlər kəşf etmək və ya sadəcə birlikdə vaxt keçirmək ailə üzvləri arasında ortaq xatirələr yaradır. İnsanlar bu fəaliyyətləri tək deyil, ailə üzvləri ilə birlikdə etdikdə münasibətlərini də möhkəmləndirirlər. Əsas məsələ xüsusi bir gün təşkil etmək deyil, ailəyə gündəlik həyatda yer ayırmaqdır”,-deyə psixoloq vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan