05:13 çərşənbə Axşamı, 19 Iyun 2018
İDMAN

Mahir Mədətov Bundesliqaya gedir? - Özü açıqladı

16:08, 09.01.20182712
Mahir Mədətov Bundesliqaya gedir? - Özü açıqladı
Hazırda Bundesliqanın iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq.

Bu sözləri "Qarabağ" klubunun gənc hücumçusu Mahir Mədətov deyib.

O, Bundesliqa təmsilçisi olan iki komandadan daha ciddi təklif aldığını gizlətməyib. M.Mədətov onu transfer etmək istəyən klubların adlarını açıqlamaq istəməsə də, biz onun "saqqızını oğurlaya bildik"...

M.Mədətov "Beşiktaş"a transfer olunacağı ilə bağlı xəbərlərə toxunaraq bunun uydurma olduğunu vurğulayıb:

"Beşiktaş"a transfer olunmağım barədə heç özümün də xəbərim yoxdur. Sadəcə bunu düşünürəm ki, ola bilsin "Qarabağ"a bu barədə müraciət ediblər. Ancaq şəxsən mənə müraciət olunmayıb. Çox vaxt belə uydurma xəbərlər yayılır və mən buna çox üzülürəm. Məndən öncə isə məşqçim üzülür. Onun da belə yersiz iddialardan xoşu gəlmir. Belə yanlış xəbərlərlə xal qazanmaq doğru deyil"./publika.az
XƏBƏR LENTİ