"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
İDMAN
20:27 01.11.2026
101
Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

AZXEBER.COM xəbər verir ki, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.

-55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına Dakar-2026-nın ilk qızıl medalını qazandırıb.

Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçu ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.
OXŞAR XƏBƏRLƏR