Ağstafada iki məktəbli qızı avtomobil vurdu

Ağstafada iki məktəbli qızı avtomobil vurdu
SOSİAL
20:41 01.11.2026
121
Ağstafada iki qızı avtomobil vurub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobili 16 yaşlı Svetlana Əhmədovanı və onun həmyaşıdı Nuranə Qasımovanı vurub.

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, xəsarət alan hər iki şəxs məktəblidir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR