Qubada sahibkarlarla rayonun iqtisadi imkanları müzakirə olunub - Foto

Qubada sahibkarlarla rayonun iqtisadi imkanları müzakirə olunub - Foto
SOSİAL
15:38 01.11.2026
136
30 oktyabr tarixində İşgüzar Quba–Şabran səfəri çərçivəsində İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev sahibkarlarla bərabər Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb.

AZXEBER.COM "İqtisadiyyat.az”a istinadən xəbər verir ki, görüşdə Quba rayonunun iqtisadi potensialı, investisiya imkanları, sahibkarlığın inkişafı və biznes subyektləri üçün yaradılan şərait ətrafında müzakirələr aparılıb.

Həmçinin Tural Mustafayev Marsol Group və İCMA-nın fəaliyyəti, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşün sonunda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudova Marsol Group və İCMA adından xatirə hədiyyəsi təqdim olunub.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR