"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
SOSİAL
15:31 01.11.2026
187
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlının tərbiyəçi tərəfindən döyülməsi iddiası ilə barədə araşdırma aparılır.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Xəzər rayonunda yerləşən tədris mərkəzlərinin birində azyaşlının tərbiyəçi tərəfindən zorakı hərəkətlərə məruz qalması ilə bağlı ərazi polis orqanına vətəndaşın müraciəti daxil olub:

"Həm valideynin, həm də tərbiyəçinin ərizə və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olub. Hazırda təhqiqat araşdırması davam etdirilir".
OXŞAR XƏBƏRLƏR