Naftalanda "Whatsapp" qrupunda valideyni söyən qadın CƏRİMƏLƏNDİ

Naftalanda "Whatsapp" qrupunda valideyni söyən qadın CƏRİMƏLƏNDİ
SOSİAL
18:23 01.11.2026
115
Naftalanda sosial şəbəkədə bir-birini təhqir edən və küçədə dalaşan qadınlar saxlanılıb.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, 27 Aygün Həbibova və 29 yaşlı Nazlı İsayeva (adlar şərti) arasında "Whatsapp” platormasında yaradılan valideyn qrupunda anlaşılmazlıq yaranıb. Bu zaman Aygün qrupda hamının oxuyub gördüyü təqdirdə Nazlını nalayiq ifadələrlə təhqir edib. Bundan sonra Nazlı özünə məxsus avtomobillə Aygünün yaşadığı binanın qarşısına gəlib. Məlumata görə, burada rastlaşan qadınlar bir-birinə ayaqqabılarını atıblar. Daha sonra Nazlı Aygünün saçından tutub və tərəflər arasında mübahisə davam edib. Əlbəyaxa davaya çıxan qadınları Aygünün həyat yoldaşı ayırıb.

Onların hər ikisi saxlanılıb. Hər ikisinin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub. Aygünün barəsində bundan əlavə, 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə də protokol tərtib olunub.

Həbibova və N. İsayeva 157-ci maddə üzrə bir-birlərini bağışladıqlarını bildiriblər.

Məhkəmə tərəflərin barışmasını nəzərə alaraq, 157-ci maddə üzrə işə xitam verib. Lakin A. Həbibova 510.2-ci maddəyə əsasən, 500 manat məbləğində cərimələnib.
OXŞAR XƏBƏRLƏR