Türkiyənin İzmir vilayətinin Urla və Karaburun rayonlarında 87 qanunsuz miqrant saxlanılıb.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, Sahil Mühafizəsi və Jandarm qüvvələri qanunsuz miqrasiya istiqamətində əməliyyat keçiriblər.
Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 3 şübhəli barəsində hüquqi prosedurlara başlanılıb.
Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.











































