xari

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

İQTİSADİYYAT
14:24 27.01.2021
215

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq olunub. Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

- maliyyə vəziyyəti haqqında hesabat

- maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

- əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla "Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, qeyri-hökumət təşkilatları "www.qht-hesabat.maliyye.gov.az” saytı vasitəsilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçmələri və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarını və ya maliyyə fəaliyyətinin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etmələri tələb olunur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:03 07.03.2021

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb, bölgələrə qar yağır

20:45 07.03.2021

Hulusi Akardan Azərbaycan mesajı: “Qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”

20:42 07.03.2021

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu

18:35 07.03.2021

Xaçmazda dönərxanada zəhərlənmə oldu - 17 yaşlı gənc öldü

18:32 07.03.2021

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır"

18:16 07.03.2021

BDYPİ küləkli hava ilə əlaqədar sürücülərə müraciət etdi

16:41 07.03.2021

Karantin qaydalarının sərtləşdirilməsi ehtimalı ilə bağlı professordan AÇIQLAMA

16:29 07.03.2021

Azərbaycanda koronavirusa yoluxma 500-ü ötsə.... - VİDEO

14:44 07.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

14:30 07.03.2021

Qonşusunun evində oğluna toy etdi, polis gəldi – FOTO

14:10 07.03.2021

Neft Daşlarında dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA

13:45 07.03.2021

Qadağalar taksi qiymətlərini “ceyran beli”nə qaldırdı – VİDEO

13:36 07.03.2021

Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEOMÜSAHİBƏ

13:30 07.03.2021

Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - Video

13:10 07.03.2021

Həcc ziyarətləri başlaya bilər: Məscidlər nə vaxt açılır? – Hacı Şahin aydınlıq gətirdi

12:56 07.03.2021

Müdafiə Nazirliyindən vaksinasiya olunan hərbi qulluqçularla bağlı - Açıqlama