BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Məktəblərdə tədris müddətinin dəyişə biləcəyi hallar açıqlandı

Məktəblərdə tədris müddətinin dəyişə biləcəyi hallar açıqlandı
SOSİAL
10:33 27.02.2020
1525
Azərbaycanda beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədris müddəti dəyişdirilə bilər.

AZXEBER.COM xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında" qərarında öz əksini tapıb.

Qeyd olunub ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının (kurikulumlar) tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu sənədlə müəyyən olunmuş tədris ili müddətindən fərqli müddətlər müəyyən edilə bilər.

Həmçinin bildirilib ki, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR