Metroda sıxlıq - "Xəttə bundan artıq qatar buraxa bilmərik"

Metroda sıxlıq - "Xəttə bundan artıq qatar buraxa bilmərik"
SOSİAL
10:31 21.09.2017
1613
Yeni tədris ilinin başlanması ilə sentyabrın 18-dən "Bakı Metropoliteni" qış qrafikinin tətbiqinə başlayıb. 

Qurum bəyan edib ki, qeyd edilən qrafikə əsasən, qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endirilib, xətlərdəki qatarların sayı 30-a çatdırılıb.
Nəticədə, "Həzi Aslanov" - "28 May" sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endirilib. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi "28 May" -"Dərnəgül" və "28 May" - "İçərişəhər" sahələrində qatarlar arasında interval 4 dəqiqə müəyyən edilib.
 
Qatar sayının artırılması və intervalın azaldılmasına baxmayaraq, günün pik saatlarında sərnişinlər sıxlıqdan qatara minməkdə çətinlik çəkirlər. Vəziyyətdən çıxış yolu kimi "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az-a intervalın azaldılmasının mümkünsüz olduğunu bildirib:
 
"Çünki interval maksimum azaldılıb. Xəttə bundan artıq qatar da buraxa bilmərik. Yəni bu qatar azlığı ilə bağlı da deyil. "28 May" stansiyasında yaşıl və qırmızı xətlərin kəsişməsi intervalı bundan artıq azaltmağa imkan vermir".
 
N.Paşayev səhər saatlarında qatarların 4-5 dəqiqəyə qədər gecikməsinə də aydınlıq gətirib:

"Səhər, pik saatlarda "Neftçilər" stansiyasında dalandan bir neçə boş qatarı xəttə buraxırıq. Çünki çox vaxt həmin stansiyaya çatana qədər vaqonlar sərnişinlərlə dolmuş olur. Bu cür dalan metronun "Memar əcəmi" stansiyasında da var. Maksimum dərəcədə sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq".
 
Qurum rəsmisi deyib ki, yalnız "Bakmil" stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov" - "Ulduz" sahəsində fərqli ola bilər. 

Sərnişinlərin nəzərinə çatdırırıq ki, "Həzi Aslanov-28 May" sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur".

Məlumat üçün bildiririk ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur. Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
09:32 20.10.2026
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
09:26 20.10.2026
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
09:17 20.10.2026
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
09:06 20.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər
08:56 20.10.2026
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
08:48 20.10.2026
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Şimali Koreya Cənubi Koreya sərhədinə əlavə zərbə vasitələri yerləşdirə bilər
08:43 20.10.2026
Şimali Koreya Cənubi Koreya sərhədinə əlavə zərbə vasitələri yerləşdirə bilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
08:36 20.10.2026
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
08:28 20.10.2026
Tacikistan və "SpaceX" peyk interneti sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:19 20.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Hər uşağa “SpaceX”dən səhm verəcək
08:16 20.10.2026
Hər uşağa “SpaceX”dən səhm verəcək
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
08:08 20.10.2026
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
08:04 20.10.2026
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
07:53 20.10.2026
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi olub: ölənlər var
07:43 20.10.2026
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi olub: ölənlər var
WP: ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü təsdiqləməyib
07:31 20.10.2026
WP: ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü təsdiqləməyib