Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi olub: ölənlər var

Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi olub: ölənlər var
DÜNYA
07:43 20.10.2026
175
Kolumbiyanın cənub-qərbində qanunsuz qızıl mədənində torpaq uçqunu nəticəsində azı 14 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb.

"Caracol" telekanalının verdiyi məlumata görə, bu barədə Narinyu departamentinin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib.

"Hazırda 14 nəfərin öldüyü məlumdur, daha 7 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri artıq başa çatıb", – o deyib.

Daha əvvəl hadisə nəticəsində 9 nəfərin öldüyü bildirilirdi.

Qonsalesin sözlərinə görə, faciə Santa-Barbara bələdiyyəsinin ərazisində yerləşən qanunsuz açıq tipli mədəndə baş verib. Torpaq uçqunu nəticəsində qızıl hasilatı ilə məşğul olan şaxtaçılar dağıntılar altında qalıblar.

///report///
OXŞAR XƏBƏRLƏR