08:20 şənbə, 25 Yanvar 2020
SİYASƏT

Məzahir Pənahov: "Çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək"

16:42, 07.01.20204979
Məzahir Pənahov:
Biz çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: "Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidir".

M.Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir: "Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namzədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər".

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ