Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR
SOSİAL
14:33 24.11.2020
785
Sosial şəbəkələrdə Vətən Müharibəsində şəhid olan zabitimiz Fərid Dursunovun məzarı üzərində Azərbaycan bayrağı ilə yanaşı Türkiyənin "Qalatasaray” futbol klubunun bayrağının dalğalanması görüntüləri yayılıb. Məlub olub ki, F.Dursunov "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray”ımın bayrağını da asarsınız”, - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə yüksələndən sonra yoldaşları onun bu istəyini yerinə yetiriblər.
Şəhid Fərid Dursunovun atası Fazil Dursunov Azvision.az -a bildirib ki, 15 il Azərbaycan Ordusunda xidmət edən oğlu, kapitan Fərid Dursunov sentyabr 28-də Daşkəsən rayonu istiqamətində şəhid olub.
 
O xatırladıb ki, sentyabr 27-də döyüşlər başlayandan düşmən Daşkəsən ərazisini də ağır artilleriyadan atəşə tutub: "Fərid həmin istiqamətdə döyüşü idarə edib. Bir gün sonra şəhid olub. Qax rayonu, Qorağan kəndində dəfn etdik. Onun müharibə kimi həyatı vardı. Vətəninə, torpağına bağlı insan idi. Əsgərləri də onu çox istəyirdilər. Əsgərləri deyirdi ki, "komandir, sən olanda biz heç kimdən qorxmuruq". Üç oğlum var və hamısı hərbçidir. Kiçik oğlum da döyüşlərdə iştirak edib. Onun Ağdərə istiqamətində idarə etdiyi texnika minaya düşmüşdü. Texnikaya ziyan dəysə də, özləri yaralanmadan salamat qurtuldular. O biri oğlum isə Tovuzda xidmət edir. İyul ayında döyüşlərdə olub. Hazırda həmin ərazidə xidmətini davam etdirir. Fərid Dursunov kiçik qardaşına demişdi ki, "döyüşlər başlayan günü çayda dəstəmazını alırsan, namazını qılırsan, əyləşirsən texnikaya. Nə geriyə baxırsan, nə də o haqda fikirləşirsən. Ancaq qabağa irəliləyirsən. Qarabağda görüşərik". Qardaşına belə vəsiyyət etmişdi. Yoldaşına məktub yazıb qoymuşdu ki, məndən narahat olmayın, şəhid olsam, özümü xoşbəxt sayaram. Vətəni sevməkdən doymurdu. Sevgisini şəhid olmaqla bildirmək istəyirdi ki, Vətən, mən səni nə qədər sevirəm. Belə bir zabit idi Fərid Dursunov. Oğlum şəhid olandan sonra Prezidentimizə məktub yazmışdım. Oğlumun davamçısı olaraq döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirmişdim. Biz Prezidentin gördüyü işlərini hər zaman dəstəkləmişik".
 
Şəhid atası, həmçinin qeyd edib ki, oğlunun ailəsi də "Qalatasaray" komandasının azarkeşidir: "Məzarı üzərindəki "Qalatasaray" bayrağını azarkeşlər asıblar. Fərid ailəlikcə "Qalatasaray"ın fanatı olub. Özü ilə yanaşı yoldaşı və uşaqları da "Qalatasaray"ın azarkeşləridir. Bütün oyunlarını izləyirdilər. Uşaqlar demək olar ki, oyunçuların hamısını tanıyırlar. Zaqataladan dostları gətirib bayrağı asıblar. "Qalatasaray" rəhbərliyi bundan xəbər tutsa, lap şad olarıq".
 







OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb