“Yaşatmaq uğrunda” layihəsində təlimlər bitti-FOTOLAR

“Yaşatmaq uğrunda” layihəsində təlimlər bitti-FOTOLAR
SOSİAL
19:42 15.07.2025
802
Baku.tv Rəqəmsal Media Məktəbində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yeniyetmə sakinlərinə "Yaşatmaq uğrunda!” layihəsi çərçivəsində sonuncu təlim keçilib.

"Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihənin müəllifi, tanınmış telejurnalist-aparıcı Günel Gözəlovanın da qatıldığı təlimdə media eksperti Azər Cabbarovun bugünkü mövzusu "Televiziya real həyatda: montajçı, video redaktor kimdir?” olub.

Montajçı kimdir, nə iş görür istiqamətində qoyulan suallara təlimçi bu sahədə televiziya tarixindən müasir dövrə qədər olan texniki inkişaf yolunu danışmaqla izah verib. Video redaktorun müasir dövrdə istifadə etdiyi texniki terminlər, montaj prosesinin incəliklərindən danışıb.

Daha sonra Baku.tvnin montaj komandasının rəhbəri 11 ildir müxtəlif televiziyalarda montaj redaktoru kimi fəaliyyət göstərən Vilayət Babayev əvvəlcə bir montaj mütəxəssisi kimdir, bu sahədə çalışanlar xüsusən necə ixtisaslaşıb mövzusunda yeniyetmə qızları maarifləndirib. Daha sonra televiziyanın montaj redaktorlarının iş prosesi ilə onları tanış edib. Təlim iştirakçıları fərdi şəkildə montaj prosesini izləməklə yanaşı, eyni zamanda özləri də montaj redaktoru olaraq təcrübə keçiblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2025-ci il kiçik qrant müsabiqəsinin qalibi olan "Yaşatmaq uğrunda!” layihəsi üzrə uşaq evi sakinlərinə 18 təlim keçilib. 1 iyun-31 avqust 2025-ci il tarixlərində icrası nəzərdə tutulan layihədə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq evi sosial xidmət müəssisəsindən 15-17 yaş arası 6 qız iştirak edib.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş qızların azad və sağlam ruhlu yaşaması uğrunda icra olunan "Yaşatmaq uğrunda!” layihəsinin əsas məqsədi gender quruculuğu, qızların əlavə təhsilinə, eləcə də yeni bacarıqların – gələcəyə yönəlik məşğulluğun öyrədilməsi, 15-17 yaş arası təkbaşına həyatla mübarizəyə qoşulacaq qızların uğurlu gələcəyə inamını təmin etməkdir.

Qarşıda Uşaq evi sakinlərinin özgüvənləri və onların həyatda özlərini sübut edə bilmələrinə dəstək, eyni zamanda gələcəkdə iş imkanlarının açılması, əlaqələrinin qurulması məqsədilə onların tanınmış şəxslər, media mənsubları ilə 2 görüşünün təşkil olunması planlaşdırılıb.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir aylıq "qardaş" qaralama kampaniyası
19:31 29.10.2026
Bir aylıq "qardaş" qaralama kampaniyası
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
19:27 29.10.2026
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
19:06 29.10.2026
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
Zaur Rzayev vəfat etdi
19:01 29.10.2026
Zaur Rzayev vəfat etdi
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
18:50 29.10.2026
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
18:36 29.10.2026
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi