22:26 Bazar Günü, 23 Fevral 2020
İQTİSADİYYAT

Mikayıl Cabbarov: Əhalinin pul gəlirləri inflyasiyanı 2,8 dəfə üstələyib

17:42, 11.02.20204914
Mikayıl Cabbarov: Əhalinin pul gəlirləri inflyasiyanı 2,8 dəfə üstələyib
"Azərbaycanda 2019-cu ildə iqtisadi artım tempi 2,2%, qeyri-neft sektorunda artım tempi isə 2 dəfəyə qədər artaraq 3,5% olub".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd ABŞ dollarına çatıb. Bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir:

"Qeyri-neft ixracı 14% artaraq 2 mlrd dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib".
XƏBƏR LENTİ