Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqlədi

Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqlədi
SOSİAL
12:25 27.10.2020
549

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

AZXEBER.COM-un xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

OXŞAR XƏBƏRLƏR