21:44 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Nazirlikdən hava xəbərdarlığı: o şəxslər diqqətli olsun

12:53, 15.09.20175163
Nazirlikdən hava xəbərdarlığı: o şəxslər diqqətli olsun

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda sakit  hava fonunda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün birinci yarısında  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə  19-24°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir.


0
XƏBƏR LENTİ