BAKU AZƏRBAYCAN
14°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Pensiyaçılara şad xəbər: Bu xidmətdən pulsuz faydalanın...

Pensiyaçılara şad xəbər: Bu xidmətdən pulsuz faydalanın...
SOSİAL
21:53 26.02.2020
2588
Pensiyaçılara şad xəbər: Bu xidmətdən pulsuz faydalanın..." />
Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün "SMS xəbərdarlıq" xidmətindən faydalana bilərlər.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, pensiya hesablarının mövcud oduğu "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur.

Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq" formasında məlumat əldə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR