BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ
SOSİAL
18:05 24.01.2020
4108

Mətbuatda dərc olunan məlumatların yoxlanılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunla tənzimlənir. 

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev dəqiqləşdirilməmiş məlumatların yayılması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

E.Hacıyevin sözlərinə görə, "Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunda bu barədə konkret müddəa var: 

"Kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslar yarada bilər. Bunu nəzərə alaraq, jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, faktı icimailəşdirməmişdən əvvəl onu aidiyyatı üzrə dəqiqləşdirməlidirlər. Jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də rastlaşdıqları faktı, yaxud "feyk nyus”u rahatlıqla ictimailəşdirirlər.  

Bəzən əsassız yayılan informasiyanın dəqiqləşdirilməsi üçün saatlarla vaxt lazım olur. İnformasiya saytları ilə yanaşı, sosial mediada həmin məlumatlar kütləvi paylaşılır, informasiyanın mahiyyətindən xəbərsiz olanlar rəylər yazır, ittihamlar səsləndirirlər. Belə olduqda meyarlar pozulur. Bu, ənənəvi mediadan fərqli olaraq, sosial şəbəkələrdə ani emosional münasibət - isterika yaradır”.

OXŞAR XƏBƏRLƏR