xari

Prezident “Cəbrayılın azad olunmasına görə” medalının əsasnaməsini təsdiqlədi

SİYASƏT
20:07 01.12.2020
430

Prezident İlham Əliyev "Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

AZXEBER.COM-un məlumatına görə, "Cəbrayılın azad olunmasına görə” medalı ilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Cəbrayılın azad olunmasına görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Suqovuşanın azad olunmasına görə” medalından sonra taxılır.

"Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "CƏBRAYIL”, aşağı qövs boyunca "4 OKTYABR 2020” sözləri yazılmışdır. "4 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. "CƏBRAYIL” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "CƏBRAYILIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı

16:55 15.01.2021

Mehriban Əliyeva Cıdır düzündən görüntülər paylaşdı - VİDEO