xari

Prezident: Guya Şuşa bizə elə-belə verilib, ağ yalandır!

SİYASƏT
16:04 27.01.2021
1032
Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib

"Baxın, görün erməni nümayəndələri və onların xaricdəki havadarları Şuşanın azad olunması ilə bağlı nələr deyirlər? Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır!”

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq:

"Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:03 01.03.2021

Bank Respublika mikro və aqro kreditləri 11%-lə təqdim edəcək

11:01 01.03.2021

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

10:45 01.03.2021

Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı? - AÇIQLAMA

10:42 01.03.2021

Martda 14 gün iş olmayacaq

10:17 01.03.2021

Azərbaycanda vəzifəli şəxs qəbiristanlıqdakı vəziyyətə görə məsuliyyətə cəlb edildi

10:03 01.03.2021

İşğaldan azad edilmiş ərazidə qəzaya düşən vəzifəli şəxslər işdən çıxarıldı

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

22:31 28.02.2021

Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum oldu

22:10 28.02.2021

“Meyvəli” bazarında yanğın başlayıb

22:00 28.02.2021

ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub

21:11 28.02.2021

Fransa qəzetində “Qarabağda müharibəsonrası vəziyyət və sülhün problemləri” müzakirə olunub

21:01 28.02.2021

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj