BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Prezidentin köməkçisi: "Koronavirusun ölkə daxilində yayılma tendensiyası gedir"

Prezidentin köməkçisi:
SİYASƏT
22:42 23.03.2020
3791
"Ölkədaxili karantinin miqyası genişlənməyə doğru gedir”.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda koronavirus idxal olunan bir xəstəlik kateqoriyasında gedirdi. Dövlətimiz tərəfindən preventiv şəkildə həyata keçirilən tədbirlərin bilavasitə nəticəsidir ki, son dövrə qədər Azərbaycan Respublikası bu kateqoriyada idi. Amma xəstəliyin yayılması tendensiyası onu göstərir ki, bu çox yayıcı və yoluxucu xüsusiyyətə malikdir. Ona görə də bu virusun ölkə daxilində yayılma tendensiyası gedir", - deyə Hikmət Hacıyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR