22:34 çərşənbə, 19 Sentyabr 2018
ÖZƏL

Qənirə Paşayeva leykozdan əziyyət çəkən jurnalistə baş çəkib - FOTOLAR

11:58, 10.09.20182919
Qənirə Paşayeva leykozdan əziyyət çəkən jurnalistə baş çəkib - FOTOLAR
Millət vəkili Qənirə Paşayeva kəskin leykoz - qan xərçəngindən əziyyət çəkən jurnalist Nigar İsmayılqızına baş çəkib.
 
AZXEBER.COM xəbər verir ki. deputat jurnalistin xəstəliyi ilə maraqlanıb, ona dəstəyini nümayiş etdirib.
 
Jurnalistin yaxınları bildirib ki, Nigarın vəziyyəti günü-gündən pisləşir: "Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Baxmayaraq ki, qan köçürürük, Nigarın vəziyyəti günü-gündən pisləşir”.
 
Deputat öz növbəsində bildirib ki, Nigarın sağalması üçün əlindən gələni edəcək və ona dəstək olacaq.
 
Görüşdən fotoları təqdim edirik: 
 

 

 

 

 

 




XƏBƏR LENTİ