Türkiyənin "Fənərbağça" klubunun əfsanəvi oyunçusu olmuş Aleks de Souza Braziliyanın "Seara" komandasının baş məşqçisi təyin olunub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə futbol klubu rəsmi açıqlama yayıb.
Məlumata görə, ötənlərin məşhur futbolçusu mövsümün sonuna qədər sözügedən klubu çalışdıracaq.
Qeyd edək ki, Braziliya millisinin sabiq futbolçusu karyerasının ən parlaq illərini İstanbulda keçirib. O, 2004-2012-ci illərdə "sarı-lacivərdlilər"in şərəfini qoruyub.











































