İspaniyanın "Real" (Madrid) klubu futbolçusu Braim Diasla müqavilənin müddətini uzadıb.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi 2031-ci ilin yayınadək "Kral klubu"nun formasını geyinəcək.
Braim Dias 2019-cu ildə, 19 yaşında olarkən "Real"a qoşulub. O, komandanın heyətində keçirdiyi altı mövsüm ərzində 173 oyunda meydana çıxıb və 7 titul qazanıb.











































