"Beş ölkə döyüş maşınlarının alınması üçün 5,8 milyard dollarlıq müqavilələr imzalayıb"

DÜNYA
18:19 27.11.2026
68
İsveç, Norveç, Finlandiya, Litva və Niderland 400 ədəd CV90 piyada döyüş maşınının alınması üçün 60 milyard İsveç kronundan (5,87 milyard dollar) çox məbləğdə müqavilələr imzalayıb.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, İsveç 60 ədəd maşın əldə edəcək.

"Bu, bütün tarixi boyu İsveç müdafiə sənayesi üçün ən böyük sifarişlərdən biridir. Bu gün həmin maşınların birgə satınalınmasına dair müqavilələr imzalandı. Təhlükəsizlik sahəsindəki mövcud ciddi vəziyyətdə biz ölkələrimizin müdafiə qabiliyyətini gücləndirir və NATO-nu daha da güclü edirik. Dünyanın ən yaxşı piyada döyüş maşınlarından birini hazırlamış Örnşöldsvikdəki (İsveçin şimalında) "Hägglunds" şirkətinin bütün əməkdaşlarına təşəkkür etmək istəyirəm. CV90 öz imkanlarını Ukraynada nümayiş etdirdi və təkmilləşməkdə davam edir", - İsveçin Baş naziri qeyd edib.

Kristersson bildirib ki, yeni maşınlar pilotsuz uçuş aparatlarından müdafiə sistemləri ilə təchiz olunacaq.

"Bu sifariş İsveç müdafiə sənayesinin innovativ potensialını əyani şəkildə nümayiş etdirir. Biz bununla haqlı olaraq fəxr edə bilərik", - İsveçin Baş naziri vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Batumidə saxlanılan "Beşiktaş" azarkeşləri sərbəst buraxılıb
18:33 27.11.2026
Batumidə saxlanılan "Beşiktaş" azarkeşləri sərbəst buraxılıb
"Beş ölkə döyüş maşınlarının alınması üçün 5,8 milyard dollarlıq müqavilələr imzalayıb"
18:19 27.11.2026
"Beş ölkə döyüş maşınlarının alınması üçün 5,8 milyard dollarlıq müqavilələr imzalayıb"
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
18:04 27.11.2026
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
17:58 27.11.2026
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Peşə təhsili üzrə qəbul nəticələri və pedaqoji şuraların fəaliyyəti müzakirə olunub
17:41 27.11.2026
Peşə təhsili üzrə qəbul nəticələri və pedaqoji şuraların fəaliyyəti müzakirə olunub
10 yaşlı oğlanı maşın vurub öldürdü
17:23 27.11.2026
10 yaşlı oğlanı maşın vurub öldürdü
Sabah bu ərazidə işıq kəsiləcək
17:23 27.11.2026
Sabah bu ərazidə işıq kəsiləcək
Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib
17:16 27.11.2026
Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib
"Gənclər üçün Maliyyə Savadlılığı Proqramı" təqdim olundu - FOTOLAR
16:48 27.11.2026
"Gənclər üçün Maliyyə Savadlılığı Proqramı" təqdim olundu - FOTOLAR
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
16:37 27.11.2026
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
16:35 27.11.2026
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
16:32 27.11.2026
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Azad edilmiş ərazilərdə məktəbəqədər təhsil infrastrukturu genişləndirilir - FOTOLAR
16:28 27.11.2026
Azad edilmiş ərazilərdə məktəbəqədər təhsil infrastrukturu genişləndirilir - FOTOLAR
Alimentlə bağlı yeni təklif: 18 yaşdan sonra…
16:19 27.11.2026
Alimentlə bağlı yeni təklif: 18 yaşdan sonra…
Aynur Yusifova yeni ifasını təqdim etdi - VİDEO
16:18 27.11.2026
Aynur Yusifova yeni ifasını təqdim etdi - VİDEO
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzaladı
16:07 27.11.2026