İranın Hörmüz boğazında neft tankerinin dəniz minasına çırpılaraq partladığı bildirilir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında iki neft tankeri Hörmüz boğazında icazə verilməyən marşrutla gizli şəkildə keçməyə cəhd edib. Bu zaman tankerlərdən biri dəniz minasına çırpılaraq partlayıb və alovlanıb. Digər tanker isə geri dönmək məcburiyyətində qalıb.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Tehran martın 2-də Hörmüz boğazını bağlayıb. Buna cavab olaraq ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb.
İran müəyyən etdiyi marşrutdan kənar və icazəsiz hərəkət edən gəmiləri hədəf alacağını bəyan edib.
Böyük Britaniyanın Dəniz Ticarəti Təşkilatının məlumatına görə, müharibə başlayandan bəri Hörmüz boğazında və ətraf ərazilərdə 140-dan çox gəmi hücumlara məruz qalıb.
Gülay











































