Türkiyənin "Halk TV” kanalının sahibi Cafer Mahiroğluna qarşı aparılan istintaq çərçivəsində yeni əməliyyat keçirilib.
Əməliyyat zamanı telekanalın aparıcısı Ece Üner və həyat yoldaşı, jurnalist Deniz Bayramoğlu da daxil olmaqla 9 nəfər saxlanılıb.
İstanbul Respublika Baş Prokurorluğu 12 nəfər barəsində saxlanılma qərarı verib. Şübhəlilərə qarşı çirkli pulların yuyulması, rüşvət, cinayətkar təşkilat, ictimaiyyəti çaşdıran məlumatların yayılması və vergi qanunvericiliyinin pozulması ittihamları irəli sürülüb.
Prokurorluq Ece Üner və həyat yoldaşına pul qarşılığında həqiqətə uyğun olmayan xəbərlər hazırlatdırıldığını da iddia edib.
Qeyd edək ki, istintaq Mahiroğlunun "Bustech Araç Bakım Onarım” şirkəti vasitəsilə qanunsuz tenderlər əldə etməsi və bu vəsaitlə "Halk TV”ni maliyyələşdirməsi iddiaları ilə bağlıdır.
///Musavat.com











































