Moskvada qeyri-adi şou: Robotlar Putin və Tokayevin qarşısında balet oynadılar

Moskvada qeyri-adi şou: Robotlar Putin və Tokayevin qarşısında balet oynadılar
DÜNYA
04:00 27.11.2026
79
Moskvada "Sber"in təşkil etdiyi "AI Journey 2026" konfransında robotlar Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayevin qarşısında balet nömrəsi ilə çıxış ediblər.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, səhnədə "Sber"in "Yuni" adlı humanoid robotları Boris Eyfman Rəqs Akademiyasının tələbələri ilə birlikdə rəqs ediblər.
 
Çıxışdan əvvəl ekranda "Antropomorf robotun iştirakı ilə dünyada ilk balet şousu" yazısı nümayiş etdirilib. Robotlardan biri dövlət başçılarını, "Sber"in rəhbəri German Qrefi və konfransın digər qonaqlarını salamlayıb.

Qeyd edək ki, Tokayev noyabrın 25-26-da Moskvada iki günlük işgüzar səfərdə olub.
OXŞAR XƏBƏRLƏR