Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib

Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
DÜNYA
03:18 28.11.2026
50
Suriyanın cənubundakı əs-Süveyda əyalətində druzların özünümüdafiə dəstələri hökumət qüvvələrinin mövqelərinə hücum edib. Nəticədə dörd nəfər yaralanıb.

"Sham TV”nin yaydığı məlumata görə, hücum zamanı partlayıcı ilə təchiz edilmiş pilotsuz uçuş aparatından istifadə olunub.

Dron Rimat-Hazem bölgəsində daxili təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsini vurub.

Bundan əvvəl əs-Süveyda şəhərinin qərb ətrafı artilleriya və pulemyotlardan atəşə tutulub, nəticədə bir mülki şəxs yaralanıb.
 
///apa.az

OXŞAR XƏBƏRLƏR