Sahibə Qafarova: “Bəzi güclər Azərbaycana qarşı Ermənistandan istifadə edirlər”

SİYASƏT
18:08 26.10.2020
422

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin "Milliyet” Qəzetinə müsahibə verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, sədr, 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxslərinin, həm də xalqın açıq və birbaşa olaraq ölkəmizə dəstək verdiyini bildirib.

Müsahibədə vurğulanıb ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd siyasi partiya tərəfindən Azərbaycanın haqlı davasına verilən dəstək də ölkəmiz üçün çox dəyərlidir və bu dəstəyə görə spiker həm öz adından, həm də Milli Məclisin deputatları adından Türkiyə Cümhuriyyətinə, TBMM-ə və parlament üzvlərinə minnətdarlığını bildirib.

Sədr diqqətə çatdırıb ki, hər bir azərbaycanlı Türkiyə vətəndaşlarının qəlbinin burada, Azərbaycanda olduğunu bilir və hər bir Azərbaycan vətəndaşının da qəlbi çətin günlərdə qardaş Türkiyə ilə bərabər döyünür.

Müsahibəsində Ermənistanın mülki şəxslərə qarşı müharibə cinayəti törətdiyini xatırladan spiker deyib ki, Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir:

"Terror yalnız Gəncəyə təcavüzlə başlamadı. Terror ilk qarabağlının ermənilər tərəfindən yurdundan didərgin salındığı gündən başlayıb”.

Sədr onu da əlavə edib ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, qonşuları olan dörd ölkədən üçünə qarşı torpaq iddiası irəli sürür: 

"Bəzi güclər Türkiyə və Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı Ermənistandan istifadə edirlər. Ermənistan isə bir xidmətçi kimi həmin güclərə xidmət edir”.

S.Qafarova qeyd edib ki, hazırda dünyada beynəlxalq hüququn təmin olunmasında ciddi problemlər var və beynəlxalq hüquqda ikili standartlar hökm sürür:

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəzi qətnamələri iki saat ərzində icra edildiyi halda Azərbaycanla bağlı qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsində də "Ermənilər Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalıdır” deyilir. Amma bu qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Azərbaycan isə öz gücü hesabına BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin edir”.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:22 05.12.2020

Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ

16:05 05.12.2020

Azərbaycanda rekord sayda insan koronavirusa yoluxdu

15:55 05.12.2020

Levon Ter-Petrosyan: "Ermənistanı vətəndaş müharibəsi gözləyir"

15:47 05.12.2020

Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

15:42 05.12.2020

Yeni ildə 5 gün evdəyik - RƏSMİ

15:24 05.12.2020

Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

14:59 05.12.2020

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti mitinq başlayır - VİDEO

14:36 05.12.2020

Ermənilər hərbi musiqini belə Türkiyə filmindən oğurlayırlar - AUDİO

14:31 05.12.2020

Rasim Musabəyovun açıqlaması sosial şəbəkələrdə də hiddətlə qarşılandı

14:19 05.12.2020

50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO

14:11 05.12.2020

Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirilib - Fotolar

13:51 05.12.2020

II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR

13:36 05.12.2020

"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı

13:17 05.12.2020

Xudavəngin dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu

13:13 05.12.2020

Ədalət Vəliyev dörd siyasi partiya sədri ilə videokonfrans formatında görüş keçirib

12:59 05.12.2020

Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxdu