Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi

SİYASƏT
15:53 31.10.2020
398
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara video-müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığını,  beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasını, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasını, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasını, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunmuş, milli, mənəvi, dini terroru həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:00 24.11.2020

Azərbaycanın xalq artisti vəfat etdi

18:47 24.11.2020

Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib

18:32 24.11.2020

Həftə sonu ictimai iaşələrdə çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?

18:20 24.11.2020

Şuşanın havadan görüntüsü - VİDEO

18:00 24.11.2020

Lavrov: “Qarabağla bağlı bütün öhdəliklər tam icra edilir”

17:52 24.11.2020

Azərbaycanda yoluxma və ölüm sayında daha bir rekord

17:48 24.11.2020

Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi

17:26 24.11.2020

Ermənistan müdafiə nazirinin daha bir müavini istefa verdi

17:06 24.11.2020

Hulusi Akar: "Qarabağda postlararası patrul xidməti aparılacaq"

17:02 24.11.2020

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

16:52 24.11.2020

“Doğma jest dili” layihəsi çərçivəsində hazırlanan lüğətin tərkibi təsdiq edildi

16:48 24.11.2020

İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin videogörüntüləri yayıldı

16:41 24.11.2020

Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM

16:37 24.11.2020

İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb - SİYAHI

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO