xari

Şəhid anası: "Bu gün bizim qədər sevinən yoxdur, çünki övladlarımızın qisası alınır"

SİYASƏT
15:25 28.09.2020
5948
"Mən bir şəhid anası olaraq öz övladımın 40 mərasimində, onun məzarı üzərində and içmişdim ki, torpaqlarımız işğaldan azad olunsun mən heç vaxt ağlamayacam və heyfislənməyəcəm. Bu gündən demək olar ki, artıq mən ağlamayacam". 
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun anası Ceyran Axundova deyib. 
 
O bildrib ki, bu gün şəhidlərimizin qisası alınır:
 
"Müharibə bütün insanları təlatümə gətirən, həyəcanda saxlayan bir hadisədir. Bu həm sevindiricidir, həm də kədərlidir. Ancaq bir şəhid anası olaraq mən bu günü çoxdan gözləyirdim. Çünki uzun illərdir torpaqlar işğal altındadır, minlərlə şəhid vermişik. Bu hər bir azərbaycanlı kimi bir şəhid anası olaraq məni də olduqca məyus edirdi. Ancaq bu gün çox sevinirəm". 
 
Şəhid anası deyib ki, ərazilərimizin işğaldan edilməsi ən çox şəhid analarını sevindirib:

"Açığını deyim ki, biz şəhid anaları yanıb tökülürdük ki, torpaqlarımız işğaldadır, uşaqlarımızın qanı yerdə qalıb. Ona görə də bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Bəlkə də bu gün şəhid anaları qədər sevinən yoxdur. Çünki övladlarımızın qisası alınır. İllərdir tökülən qanların, şəhidlərin qisası alınır. Əlbəttə ki, bu müharibədir və itkisiz olmur. Mən dünəndən göz yaşlarıma sahib ola bilmirəm. İnanırdım ki, elə bir gün gələcək ki, torpaqlarımız işğaldan azad ediləcək. İndi bu şad xəbərləri aldıqca hədsiz sevinirəm. Ordumuza güc-qüvvət, şəhidlərimizə Alahdan rəhmət diləyirəm".
 
Xatırladaq ki, Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Əbdülməcid Axundov şəhidliyindən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 
Mələk Cabbar
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:03 07.03.2021

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb, bölgələrə qar yağır

20:45 07.03.2021

Hulusi Akardan Azərbaycan mesajı: “Qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”

20:42 07.03.2021

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu

18:35 07.03.2021

Xaçmazda dönərxanada zəhərlənmə oldu - 17 yaşlı gənc öldü

18:32 07.03.2021

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır"

18:16 07.03.2021

BDYPİ küləkli hava ilə əlaqədar sürücülərə müraciət etdi

16:41 07.03.2021

Karantin qaydalarının sərtləşdirilməsi ehtimalı ilə bağlı professordan AÇIQLAMA

16:29 07.03.2021

Azərbaycanda koronavirusa yoluxma 500-ü ötsə.... - VİDEO

14:44 07.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

14:30 07.03.2021

Qonşusunun evində oğluna toy etdi, polis gəldi – FOTO

14:10 07.03.2021

Neft Daşlarında dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA

13:45 07.03.2021

Qadağalar taksi qiymətlərini “ceyran beli”nə qaldırdı – VİDEO

13:36 07.03.2021

Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEOMÜSAHİBƏ

13:30 07.03.2021

Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - Video

13:10 07.03.2021

Həcc ziyarətləri başlaya bilər: Məscidlər nə vaxt açılır? – Hacı Şahin aydınlıq gətirdi

12:56 07.03.2021

Müdafiə Nazirliyindən vaksinasiya olunan hərbi qulluqçularla bağlı - Açıqlama