Sergey Lavrov: "Razılaşmaları şübhə altına almaq cəhdləri baş tutmayacaq"

Sergey Lavrov: "Razılaşmaları şübhə altına almaq cəhdləri baş tutmayacaq"
SİYASƏT
23:06 21.11.2020
880
Bakıda bugünkü danışıqlarımızın əvvəlində Azərbaycan Prezidenti ümumi şəkildə qeyd etdi ki, noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir. Sizin indicə xatırlatdığınız kimi, biz də qeyd edirik ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq.
 
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar:

"İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar.

Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm. Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
09:05 28.11.2026
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
"İnter Mayami" "Kolumbus"a məğlub olaraq MLS-in pley-off mərhələsini tərk edib
08:40 28.11.2026
"İnter Mayami" "Kolumbus"a məğlub olaraq MLS-in pley-off mərhələsini tərk edib
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
08:23 28.11.2026
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
08:16 28.11.2026
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
08:10 28.11.2026
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
ABŞ Fars körfəzindəki qüvvələrini İsrail və İordaniyaya köçürə bilər
08:03 28.11.2026
ABŞ Fars körfəzindəki qüvvələrini İsrail və İordaniyaya köçürə bilər
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb
05:00 28.11.2026
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb
İsraildəki ərəblərin lideri HƏMAS-ı terror təşkilatı kimi tanıyacaq
04:40 28.11.2026
İsraildəki ərəblərin lideri HƏMAS-ı terror təşkilatı kimi tanıyacaq
“Qalatasaray”ın futbolçusu evləndi
04:23 28.11.2026
“Qalatasaray”ın futbolçusu evləndi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
04:08 28.11.2026
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
03:50 28.11.2026
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Yatmazdan əvvəl qanda şəkərin yüksəlməməsi üçün yeyiləcək 5 ən faydalı qida
03:36 28.11.2026
Yatmazdan əvvəl qanda şəkərin yüksəlməməsi üçün yeyiləcək 5 ən faydalı qida
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
03:18 28.11.2026
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Edmon Marukyan: "Paşinyan müxalifətdən altı səsi ala bilməyəcək"
03:00 28.11.2026
Edmon Marukyan: "Paşinyan müxalifətdən altı səsi ala bilməyəcək"
Türkiyədə 10 uşağın olduğu avtomobillə əlaqə kəsildi: Axtarışlar aparılır
02:40 28.11.2026
Türkiyədə 10 uşağın olduğu avtomobillə əlaqə kəsildi: Axtarışlar aparılır
Bir rayonda işıq olmayacaq
02:23 28.11.2026
Bir rayonda işıq olmayacaq