BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Sosial şəbəkədə yeni kampaniya başladı: #evdəqal #azxeberoxu

Sosial şəbəkədə yeni kampaniya başladı: #evdəqal #azxeberoxu
SOSİAL
11:38 19.03.2020
2882
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada koronavirusa yoluxanların sayı 200 mini ötüb, 10 minə yaxın insan ölüb. 

AZXEBER.COM informasiya portalı bu gündən sosial şəbəkələrdə yeni kampaniyaya start verib. Belə ki, insanlar üçün #evdəqal #azxəbəroxu haştaqı aktivləşdirilib.

Bir daha qeyd edirik ki, virusdan qorunmaq üçün əsas tövsiyələrdən biri də mümkün qədər evdə qalmaq və küçəyə çıxmamaqdır. 

Evdə qalın deyərkən, küçədə yoluxduğumuz virusu evdəki yaşlılarımıza aparmamaq nəzərdə tutulur. Çünki onlar xəstəliyi daha ağır keçirirlər. Bilirik ki, gənc orqanizm xəstəliyi tez məğlub edə bilir, ancaq yaşlılarımızı ölümcül risk altına ata bilərik. Bu səbəbdən də yeni kampaniyaya başlayırıq, evdən çəkilən fotolarınızı #evdəqal #azxeberoxu haştaqları ilə paylaşın, hamısını sosial şəbəkə hesablarımızda yayaq.

Qeyd edək ki, kampaniya bir neçə saat öncə başlasa da, artıq xeyli insan çağırışımıza qoşulub.

OXŞAR XƏBƏRLƏR