21:51 Bazar Ertəsi, 27 Yanvar 2020
SOSİAL

Sumqayıtda yol çökdü - Foto

23:06, 10.12.20192693
Sumqayıtda yol çökdü - Foto
Sumqayıt şəhərində avtomobil yolu çöküb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsinə gedən avtomobil yolunda, Kamran Hüseynov küçəsində qeydə alınıb. Çökmə nəticəsində ərazidə böyük xəndək əmələ gəlib. Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib.

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, ümumi uzunluğu 800 metr olan yolda bir neçə dəfə təmir-bərpa işləri aparılsa da, bu hal yenidən təkrarlanır. Məhz bunu nəzərə alaraq su kanalizasiya xətlərinin yenilənməsi istiqamətində işlərə start verilib. Yolda yaranan problemin tezliklə aradan qaldırılacağı vurğulanır.

Xatırladaq ki, sözügedən yol artıq dördüncü dəfədir ki çökür.
 

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ