BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Tərtərin cəbhə kəndində üçəm oğlan uşaqları doğuldu

Tərtərin cəbhə kəndində üçəm oğlan uşaqları doğuldu
SOSİAL
23:08 15.09.2019
2903
Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ananın 3 övladı dünyaya gəlib.

AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır. Onlar Bakı şəhərində yerləşən xəstəxanalarının birinin doğum şöbəsində bir neçə dəqiqə fasilə ilə doğulub.

Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdur. Üçəmlərin və onların anası, 1994-ci il təvəllüdlü Gülər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır.

Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir oğlan övladı da var.

OXŞAR XƏBƏRLƏR