xari

Teymur Rəcəbov erməni Levon Aronyana qalib gəldi

TOP4
23:04 23.11.2020
644
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyin onlayn şahmat üzrə "Skilling Open” turniri davam edir.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb. Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

OXŞAR XƏBƏRLƏR