xari

TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

SİYASƏT
19:46 04.12.2020
378

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

AZXEBER.COM xəbər verir ki, məktubun mətnində deyilir:

"Zati-aliləri cənab Prezident,

Azərbaycanın tarixi Qələbəsi - öz əzəli torpaqlarının azad olunması münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ərazi bütövlüyü beynəlxalq ictimaiyyət və müxtəlif platformalarda daim birmənalı şəkildə dəstəklənən Azərbaycanın BMT-nin qətnamələrini özü yerinə yetirməsi onun beynəlxalq hüququn prinsiplərinə hörmətinin parlaq nümunəsidir. Həmçinin TÜRKPA olaraq hərbi əməliyyatlar zamanı bir neçə dəfə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyimizi verdiyimiz bəyanatlarda, xüsusilə Azərbaycan şəhərlərində mülki əhalinin raket atəşinə tutulmasını şiddətlə qınadığımızı bildirmişik. Eləcə də şəxsən mən və Katibliyin digər əməkdaşları atəşə məruz qalmış şəhərlərə səfərlər edərək raket hücumlarının nəticələri ilə yerində tanış olub, əldə etdiyimiz məlumatlar əsasında tərəfimizdən müvafiq hesabat hazırlanaraq əməkdaşlıq etdiyimiz 12 beynəlxalq parlamentlərarası təşkilata göndərilib.

Azərbaycanın zəfəri onun böyük hərbi və diplomatik uğurudur. Təbii ki, bu Qələbənin təməlində böyük zəhmət və yorulmaz fəaliyyət dayanır. Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu prosesi, iqtisadi durumun və sosial rifahın yaxşılaşdırılması, ölkənin hərbi gücünün artırılması, xalq həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər qazanılmış şanlı zəfərdə böyük paya malikdir. Tarixi ədalətin bərpa olunması Azərbaycan xalqının həmrəyliyini və dövlətinə dəstəyini bir daha nümayiş etdirdi. Məhz Sizin Sərəncamınızla hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qardaş Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik bu bənzərsiz qələbəni əbədiləşdirəcəkdir.

Möhtərəm cənab Prezident, artıq uzun müddətdir öz torpaqlarında yaşamaq imkanından məhrum olan insanlar bu Qələbə nəticəsində doğma yurdlarına dönə biləcəklər. Əminəm ki, azad edilmiş torpaqlarda həyat yenidən dirçələcək və bölgə qısa zamanda regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək. Həmçinin fürsətdən istifadə edərək təşkilatımızın yaxın gələcəkdə nəzərdə tutulan tədbirlərin bəzilərini azad edilmiş torpaqlarda həyata keçirməsi arzusunu da məmnuniyyətlə Sizə çatdırıram.

Böyük Zəfər münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayır, Zati-alinizə dərin hörmət və ehtiramımı izhar edirəm".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:28 15.01.2021

Azərbaycan XİN:" Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı