Xaçmazda iki maşın toqquşub, bir ailənin 5 üzvü xəsarət alıb

Xaçmazda iki maşın toqquşub, bir ailənin 5 üzvü xəsarət alıb
SOSİAL
16:07 11.09.2019
8012

Bu gün günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi görə, Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində Qəhrəman Qasımovun idarə etdiyi "VAZ-21015” markalı avtomobillə "Qazel” markalı yük avtomaşını toqquşub.

Qəzada xəsarət alan Siyəzən rayon sakinləri - 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-cü il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu Xaçmaz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR