Xalidə Bayramova ilə Elinanın ailəsi niyə üzləşdirilməyib? - Rəsmi açıqlama

Xalidə Bayramova ilə Elinanın ailəsi niyə üzləşdirilməyib? - Rəsmi açıqlama
SOSİAL
20:20 17.07.2019
5126

Xəbər verildiyi kimi, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Baş Prokurorluqdan "Qafqazinfo”ya verilən məlumata görə, istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə zəruri istintaq tədbirləri həyata keçirilir.

Cinayət işinin istintaqı zamanı Elina Hacıyevanın hüquqi varisi Sevil Hüseynovanın vəkilləri tərəfindən verilmiş vəsatətlərə qanunvericiliyə uyğun baxılmaqla nəticəsi barədə mərhumun valideynləri və kütləvi informasiya vasitələri məlumatlandırıb. 

Qeyd edilənlərə baxmayaraq, zərərçəkmiş şəxsin qohumları tərəfindən cinayət işi üzrə istintaqın qeyri obyektiv aparılması ilə bağlı mətbuat konfransı keçirilərək ibtidai araşdırmanın normal gedişatına təsir göstərilməsinə cəhd edilib.

Cinayət işi üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasını həyata keçirən ekspertlər komissiyasının tərkibinə Sevil Hüseynovanın təklif etdiyi mütəxəssisin cəlb edilməsi barədə vəkilləri tərəfindən vəsatət istintaqa təqdim edilənədək Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət komissiya yaradılmaqla ekspertiza tədqiqatı aparıldığından vəsatət təmin edilməyib.

İş üzrə şahid qismində dindirilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hüseynova arasında üzləşdirmə aparılmasına dair növbəti vəsatət qeyd edilən şəxslərin ifadələri arasında ziddiyyət olmadığından prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq vəsatət təmin edilməyib.

Cinayət işinə əlavə edilmiş Təhsil Nazirliyinin və digər qurumların müvafiq vəzifəli şəxslərinin vəzifə funksiyalarını müəyyən edən normativ sənədlərin surətlərinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələrinə verilməsinə dair vəsatətləri cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən zərərçəkmiş şəxsin və ya onun hüquqi varisinin nümayəndəsinin yalnız ibtidai araşdırma qurtardığı andan işin materialları ilə tanış olmaq huququna malik olması nəzərə alınaraq təmin edilməyib.

Eyni zamanda bildirilir ki, iş üzrə təyin edilmiş ekspertizaların rəyləri istintaq orqanına daxil olduqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hüseynova vəkillərinin iştirakı ilə həmin rəylərlə tanış edilmiş və bununla bağlı narazı olmalarına dair istintaqa hər hansı vəsatətləri və şikayətləri daxil olmayıb.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb