xari

Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

SOSİAL
23:50 23.01.2021
438
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində "Mercedes” markalı minik avtomobilinin qarda batması nəticəsində sürücü və 2 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil və içərisində olan şəxslər təhlükəsiz əraziyə çıxarılıb.

OXŞAR XƏBƏRLƏR