21:55 şənbə, 25 Yanvar 2020
SİYASƏT

YAP-dan parlament seçkiləri ilə bağlı qərar – Səlahiyyətli nümayəndələr təyin edildi

14:49, 10.12.20193626
YAP-dan parlament seçkiləri ilə bağlı qərar – Səlahiyyətli nümayəndələr təyin edildi

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

YAP İdarə Heyətinin iclasında bildirilib ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir.

Qeyd olunub ki, bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur.

 

"Bu baxımdan 2020-ci ilin 9 fevralında Milli Məclisə  keçiriləcək seçkilər YAP-ın öz mövcud  qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir”,-deyə bildirilib.

Əlavə olunub ki, çox böyük seçki təcrübəsi olan,  cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən YAP-ın bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.

İclasda Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

oxu.az


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ