BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

YAP-ın siyahısında yer almayan deputatdan sonuncu - MÜRACİƏT

YAP-ın siyahısında yer almayan deputatdan sonuncu - MÜRACİƏT
SOSİAL
13:17 29.12.2019
3683
Beşinci çağırış Milli Məclisin deputatı olmuş Sona Əliyeva təmsil etdiyi 99 saylı Şəmkir kənd seçki dairəsinin insanlarına bəzi məsələlərlə bağlı müraciət edib.
 
AZXEBER.COM-un məlumatına görə, deputat bu barədə sosial şəbəkə hesabında yazıb.

Müraciət Şəmkir rayonunun kənd məktəbləri ilə bağlıdır.

"Şəmkir kənd seçicilərinin nəzərinə çatdırmaq istədiyim bəzi məlumatlar var.

Ələsgərli kənd tam orta məktəbi TİKA tərəfindən layihələndirilib, üzümüzə gələn il yenidən tikiləcək.

Zəyəm Cırdaxan tam orta məktəbi Təhsil Nazirliyi tərəfindən plana salınıb, böyuk ehtimalla 2020-ci ildə yenidən tikiləcək.

Bu iki məsələ ilə bağlı mənə fəaliyyətim dövründə çox müraciətlər edilmişdi, nəticələri barədə məlumat verməyi özumə borc bildim.

Qarşıdan gələn bayramınız şad xəbərlərlə açılsın!”, - deyə Sona Əliyeva bildirib. 

Qeyd edək ki, Sona Əliyeva 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısına salınmayıb.

OXŞAR XƏBƏRLƏR