01:15 Cümə Axşamı, 30 Yanvar 2020
İQTİSADİYYAT

“Yeni ilə iPhone ilə” kampaniyası davam edir

11:00, 05.12.20192468
“Yeni ilə iPhone ilə” kampaniyası davam edir
"AtaBank” ASC-nin "Yeni ilə iPhone ilə” kampaniyası əmanətçiləri sevindirməyə davam edir.

AZXEBER.COM xəbər verir ki, AtaBank-da əmanət yerləşdirən müştərilər 12 noyabr tarixindən etibarən start götürən kampaniyadan faydalanırlar.

Kampaniya çərçivəsində əmanət yerləşdirən müştərilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.

Artıq kampaniya müddəti ərzində – 107 ədəd İSMA Bike, 29 ədəd iPhone 11, 4 ədəd iPhone 11 Pro, 3 ədəd iPhone 11 Pro Max, 100-dən çox otel istirahət paketləri və digər hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.

Xatırlatmaq istərdik ki, "Yeni ilə iPhone ilə” kampaniyasının şərtlərinə əsasən əmanətçilər müxtəlif hədiyyələrə sahib ola bilərlər: iPhone 11, Pro Pro Max telefonları, İSMA Bike, Gəncə Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Lankaran Springs Wellness Resort, Garabag Resort SPA, Aura SPA otellərində istirahət paketləri, eləcə də Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə səyahət imkanı.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 dekabr 2019-cu il tarixinədək qüvvədədir. Bu fürsəti qaçırmayın!

WhatsApp / Telegram istifadəçiləri 050 9999136 telefon nömrəmizə yazaraq kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ