23:48 Bazar Ertəsi, 27 Yanvar 2020
İQTİSADİYYAT

Yeni ilin astanasında Handicraft Baku inanılmaz sürprizlər hazırlayıb - FOTO - VİDEO

17:37, 10.12.20192863
Yeni ilin astanasında Handicraft Baku inanılmaz sürprizlər hazırlayıb - FOTO - VİDEO
Bir sərgi - iki fərqli məkanda və fərqli mövzularda.

Biz artıq dekabr ayının 13-dən Rotunda Hall-da saat 18:00-dan 00:00-dək "Axşam Bazarı” moda tədbirindən əylənməyə başlayacağıq. Burada bir qədəh kokteyl içərək Azərbaycan dizaynerlərinin dəbli yeniklərindən və Garage Sale-nin ən dəbli bloqerlərindən zövq alacaqsınız, ən əsası, xüsusi məsləhətçi heç kimi laqeyd qoymayan obrazları ilə Sizə öz məsləhətlərini verəcək.

Yerli sənətkarların stendlərini (#wakeupartists) unutmuruq – onların işləri və şəxsən özləri ilə tanış olmaq üçün əla fürsətdir.

Gecənin sonunda isə DJ-lərin və Dihaj qrupunun musiqiləri ilə bayram atmosferinə girəcəksiniz.

Bir gün sonra isə, 14 dekabrda Passaj-da Handicraft Baku "Let It Snow” sərgisi ilə Sizi 90-cı illərin bayram atmosferinə salacaq. Sizi canlı musiqi, maraqlı əl işləri, dadlı yeməklər və yaxınlarınız üçün Yeni ilə xüsusi qiymətlərlə geniş hədiyyə seçimi gözləyir.

Handicraft Baku hamınızı səbirsizliklə gözləyir!
 
 
 

 

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ