BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Üzünə ləkə kremi çəkdi, əlil oldu - Tibbdə kuryoz

Üzünə ləkə kremi çəkdi, əlil oldu - Tibbdə kuryoz
MARAQLI
22:57 30.12.2019
5230
Qadın yaşlanma və ləkə əleyhinə kosmetik kremin tərkibində olan metil civə maddəsinsdən zəhərlənib.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, Kaliforniya sakini olan 52 yaşlı qadın 7 ildir ki, Meksika istehsalı üz kremini istifadə edərək, onun tərkibində olan metilcivə dozasının yüksək miqdarından zəhərlənib.

O kremi gündə 2 dəfə üzünə çəkirdi. Bir müddət sonra həkinə çiyin və qollarında zəifləmə, əzələ titrəməsi, səyriməsi ilə şikayət edir.

1 həftə sonra isə pasiyentin görməsi qəfil zəifləyir, yerişi dəyişir və nitqində problem yaranır. Məlum olur ki, qadın civə ilə zəhərlənib.

Qadını tam sağaltmaq mümkün olmadı, çünki kremdə olan metillə qarışıq civə toksiki zəhərlənməsi mərkəzi sinir sistemini iflic edir. Hazırda qadın əlildir və zondla qidalanır.

Həkimlər bildirir ki, hər şübhəli və ucuz kremləri üzə çəkməkdən çəkinin. Çünki ağardıcı və qırış əleyhinə kremlərdə civə ola bilər, amma metilcivə qarışığı nadir halda olur.

OXŞAR XƏBƏRLƏR