"10-14 oktyabr tarixlərinə diqqət edin" - Astroloqdan XƏBƏRDARLIQ

"10-14 oktyabr tarixlərinə diqqət edin" - Astroloqdan XƏBƏRDARLIQ
MARAQLI
11:51 10.10.2024
355
Məşhur türk astroloq Dinçer Güner sosial media hesabında gündəlik qoroskop şərhlərini paylaşıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, astroloq paylaşımında "oğurluqlara qarşı diqqətli olun" deyə xəbərdarlıq edib:
 
"Merkuri ilə Pluton arasında kvadrat bucaq olacaq. Təsir müddəti 4 gündür (10-14 oktyabr).
 
Düşüncələrimiz və sözlərimizin son dərəcə kəskin olacağı dövrdür. Buna görə də bu müddət ərzində hər şeyi çox güclü şəkildə ifadə etmək ehtiyacı hiss edə bilərik. Söhbətlərimizdə və ya yazılarımızda gizli mövzuları, dərin qorxuları və ya basdırılmış duyğuları ortaya qoymağa meyillənəcəyik.
 
Qarşılaşdığımız insanlarla ünsiyyətdə güc mübarizəsi və ya manipulyasiya riski yüksək ola bilər. Sözlər silah kimi istifadə oluna bilər, buna görə də mübahisələr daha da gərginləşə bilər.
 
Səthi məlumatlar bizi qane etməyəcək və hərşeydə bir məna axtarıb, daha dərinləri kəşf etməyə çalışacağıq.
 
Bu isə bəzən paranoyaya və ya obsesif düşüncələrə səbəb ola bilər. Özümüzə və ya başqalarına nəzarət etmək istəyi arta bilər və bu, münasibətlərimizdə təzyiqçi bir münasibət sərgiləməyimizə səbəb ola bilər.
 
Layihələrinizi və ideyalarınızı heç kimlə paylaşmamağa diqqət edin, çünki məlumat oğurluğu gündəmə gələ bilər. Onlayn alış-veriş edərkən diqqətli olun, etibar etmədiyiniz saytlardan alış-veriş etməyin".
 
Oksana

OXŞAR XƏBƏRLƏR