24 Dekabr Bakı İdman Sarayında Gənclər və idman nazirliyi və Tədbir Əməliyyat Komitəsi könüllülər üçün bayram təşkil edilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə I Avropa Oyunlarının ,IV İslam Həmrəliyi Oyunlarının və Formula I layihələrinin layihələrinin könüllüləri iştirak edib.
Könüllüləri təbrik etməyə idman nümayəndələri ilə yanaşı, İdman və Gənclər naziri Azad Rəhimov gəlib.
O, gəncləri Yeni il münasibətilə təbrik edərək, bunları deyib: "Bizim əsas məqsədimiz könüllülərin daima bizimlə bir yerdə olmasıdır. Biz onlara, bizim üçün dəyərli olduqlarını göstərmək istəyirik. Onların işini, bacarığını biz Avropa ,İslam Oyunlarında, Formula I yarışlarında görmüşük. Biz bunu yüksək qiymətləndiririk. Könüllülərin hər biri bacarıqlı gəncdir. Çalışdıq ki, onları bir araya toplayıb, o isti ab-havanı yenidən yaşayaq. Hər il 4 minə yaxın könüllü Bakı Formula I halqasına dəvət olunur və onlar könüllü kimi çalışırlar. Gələcək layihələrimizdə əlbəttə ki ,yenidən könüllülərimizlə görüşəcəyik, bir yerdə çalışacayıq".